USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mikayıl Cabbarovdan qəbul imtahanlarının ödənişli əsasda aparılması məsələsinə münasibət

Təhsil naziri Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparılmasının mümkünlüyü barədə fikirlərinə münasibət bildirib.

Təhsil naziri deyib ki, bu məsələ əvvəlcə müzakirə olunmalıdır. Burada bir neçə məsələnin olduğunu deyən M.Cabbarovun sözlərinə görə, DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxs olduğu üçün onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır: “Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin maliyyələşdirilməsi məsələsi var. Başqa məsələ odur ki, təhsilalanlara xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir.Bu səbəbdən göstərilən xidmətlərin ödənişinin necə həyata keçirilməsi dəqiqləşdirilməlidir. Nazirliyə bu barədə müraciət olduqdan sonra rəsmi mövqeyimizi bildirəcəyik”.

Təhsil naziri qeyd edib ki, DİM-in fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır. O bildirib ki, burada təhsilə çıxış və əlçatanlıq məsələsinə nəzər yetirilməlidir: “Hesab edirəm ki, müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, məsələnin həllini həmkarım Məlaykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!