USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qədim Romanın “Mercati di Traiano” abidə kompleksi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

28 May - Respublika Günü münasibətilə Roma şəhərinin ən qədim tarixi mərkəzində yerləşən möhtəşəm “Mercati di Traiano” abidə kompleksi Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, “Mercati di Traiano” abidə kompleksi Azərbaycan və İtaliya arasında münasibətlərində xüsusi yerə malikdir. Bu abidə kompleksinin yerləşdiyi ərazidə Azərbaycan hökumətinin dəstəyi ilə arxeoloji qazıntı işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya bu ilin fevral ayında dövlət səfəri vaxtı Roma şəhərinin meri Vircinia Racci ilə görüşündə dövlət başçımıza həmin qazıntı işləri barədə məlumat verilib və əldə edilmiş arxeoloji dəyər kəsb edən əhəmiyyətli tapıntılar nümayiş etdirilib. İtaliyada epidemioloji vəziyyətlə bağlı tətbiq olunan qaydalara əməl edilməklə “Mercati di Traiano” abidə kompleksinin işıqlandırılması ilə bağlı keçirilmiş rəsmi mərasimdə İtaliya hökumətinin və Roma şəhərinin nümayəndələri iştirak ediblər.

Mərasimdə əsas qonaq qismində danışan İtaliya Respublikasının parlamentlə əlaqələr üzrə dövlət katibi Canluka Kastaldi Azərabycan-İtaliya strateji tərəfdaşlığının əhəmiyyəti, ölkələrimizi bir-birinə bağlayan dərin əlaqələr barədə danışıb. “Mercati di Traiano” abidə kompleksinin Azərbaycan-İtaliya münasibətlərinin yaxınlığını təcəssüm etdirən simvolik məna kəsb etdiyini deyən İtaliya hökumətinin üzvü Azərbaycan hökumətinin bu kompleks ərazisində aparılan arxeoloji qazıntı işlərinə dəstəyinin İtaliya hökuməti tərəfindən yüksək qiymətləndirdiyini deyib. İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma, nümayiş etdirdiyi həmrəyliyə, o cümlədən Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayrağının videoproyeksiyasına görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edən dövlət katibi Azərbaycan üçün əhəmiyyətli olan 28 May Respublika Günü tarixində qədim Romanın ən möhtəşəm abidələrindən biri olan və iki ölkə arasında əlaqələrdə xüsusi yeri olan “Mercato di Traiano” abidə kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmasını İtaliya xalqının və Roma şəhərinin Azərbaycana təşəkkürü və bayram təbrikinin rəmzi olduğunu deyib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 28 May Respublika Gününün, Azərbaycan-İtaliya strateji tərəfdaşlığının və yaxın dostluq münasibətlərinin əhəmiyyəti barədə danışıb, Azərbaycan xalqı üçün ən əziz olan bir gündə möhtəşəm “Mercati di Traiano” abidə kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması qərarına görə Roma şəhərinin meriyasına və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Diplomat bugünkü tədbirin və çətin epidemioloji vəziyyətdə Azərbaycanın İtaliya xalqı ilə yaxınlığı və həmrəyliyini nümayiş etdirmək üçün Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası da daxil olmaqla həyata keçirilən təşəbbüslərin iki dost xalq arasında olan səmimi münasibətləri təcəssüm etdirdiyini deyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!