USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Turistlər ölkəmizdə nəyi bəyənir?

Cari ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ASAN könüllüləri ilə birgə Bakı şəhərində turistlərin daha çox olduğu İçəri Şəhərdə (Qoşa Qala qapısının qarşısındakı meydanda) və Nizami küçəsində qısa sosioloji sorğu keçirilib. Sorğunun nəticələri barədə ASAN Radioya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Sorğuda 3 saat müddətində 247 nəfər turist iştirak edib və təqdim edilmiş suallar müvafiq qaydada cavablandırılıb.

Sorğunun nəticəsi olaraq, 247 respondentdən 19%-i Rusiyanın, 16%-i BƏƏ-nin, 10.5%-i Türkiyənin, 9%-i İraqın, 8%-i İranın, 6.5%-i Ukraynanın, 4.5%-i Böyük Britaniyanın, 26.5%-i isə digər ölkələrin payına düşür.

Həmçinin turistlərin 55%-nin birinci dəfə, 45%-nin isə artıq bir neçə dəfə Azərbaycana səfər etdiyi vurğulanıb.

“Azərbaycanda nəyi bəyəndiniz?” sualına turistlərin 39%-i Azərbaycan mətbəxini, 28%-i hər şeyi, 21%-i İçəri Şəhəri, Qız Qalasını, Fəvvarələr Meydanını, Dənizkənarı Bulvarı, 7%-i isə müasir arxitekturanı bəyəndiyini bildiriblər.

Ölkəmizdəki turistlərə verilən “nəyi bəyənmədiniz?” sualına isə, cavab olaraq turistlər qiymətlərin baha olmasını, ictimai nəqliyyatın rahat olmamasını, internet sürətinin zəif olmasını, ümumilikdə əhalinin, xüsusən də taksi sürücülərinin ingilis dilində zəif bilməsini qeyd ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!