USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyədə 6 azərbaycanlı koronavirusdan dünyasını dəyişib

REAL TV-yə danışan Azərbaycanın Türkiyədəki səfiri X.İbrahim “COVİD-19”a yoluxan və bu virusdan dünyasını dəyişən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayıb. Səfir bildirib ki, bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə 6-a çatıb.  REAL TV-ə danışan səfir, sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.  “Türkiyə və Azərbaycan qardaş dövlətlərdilər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər. Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın. Təbii ki, burada fərqli faktorlar var. Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var... Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur “.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!