USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nitsada hadisə qurbanları durmadan artmaqdadır - YENİLƏNİB

Nitsada törədilən terror aktı nəticəsində ölənlərin sayı 80 nəfəri keçib.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.

“İlkin məlumata görə, ölənlərin sayı 80 nəfəri keçib, 100-dən çox insan yaralanıb”, - deyə məlumatda bildirilir.  

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.  

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb. 

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb.    

 

 

*****

Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-a çatıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Nitsa şəhərinin prokuroru bildirib. 

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Bundan sonra naməlum şəxslər insanlara atəş açıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda iştirak edən digər şəxslər barədə məlumat verilmir.   

 

 

***

Fransanın Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

"Gazeta.ru"nun verdiyi xəbərə görə, ilkin məlumata görə, insident nəticəsində 50 nəfər ölüb.

 

BMF TV telekanalının məlumatına əsasən, naməlum şəxslər tərəfindən idarə olunan və yüksək sürətlə hərəkət edən iritonnajlı yük maşını izdihama çırpılaraq, bir neçə yüz metr insanların üzərindən keçib.  

Bundan başqa, yük maşınında olan şəxslərin insanlara atəş açdığı bildirilir.  

Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub.  

Rəsmi qurumlar şəhər sakinlərini evlərini tərk etməməyə çağırıb. Hadisənin baş verdiyi ərazidə polis “qapalı zona” yaradıb,  hadisə yeri mühasirəyə alınıb.   

****

Fransanın Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, izdihama çırpılan  yük maşınında olan silahlı şəxslər daha sonra insanları atəşə tutublar.

Hücum nəticəsində onlarla insanın öldüyü, çoxlu sayda yaralıların olduğu bildirilir. 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!