USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DYP Bakıda mobil postların sayının artırılmasına aydınlıq gətirib

Bakıda xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş mobil polis postlarının sayında artım müşahidə olunur. Belə ki, bu gün səhər paytaxtın əsas küçə və prospektlərində Yol Patrul Xidməti əməkdaşları postlar quraraq yoxlamalar aparıb. 

Bununla bağlı APA-nın sorğusunu cavablandıran Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərini əhatə edən bütün küçə və prospektlər polis əməkdaşlar tərəfindən tam nəzarətə götürülüb: “Xidmətdə müvəqqəti mobil postların yaradılaraq təşkil edilməsi ilə bağlı göstəriş var. Hazırda bu cür xidmət aparılır. Sərt karantin rejiminə nəzarəti əməkdaşlarımız bir neçə üsulla həyata keçirir. Mobil postlar yaratmaqla və yaxud reydlər təşkil etməklə hərəkətdə olan avtomobillər və sərnişinlər yoxlanılır. Evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır”.

Vaqif Əsədov vətəndaşlara müraciət edərək zərurət yaranmadıqca onları şəxsi avtomobillərindən istifadə etməməyə çağırıb: "Bəzi vətəndaşlar stasionar postların yığışdırılmasını karantin rejiminin başa çatması kimi başa düşür. Vətəndaşlara bildiririk ki, sərt karantin rejimi davam edir. Vətəndaşlara icazələrinin olub-olmadığını yoxladıqdan sonra evdən çıxmalarını məsləhət görürük. Qoruyucu vasitələrdən istifadə etmənin vacibliyini onların diqqətinə çatdırırıq”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!