USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Respublikada ilk dəfə çəhrayı barama yetişdirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzində rəngli barama yetişdirilməsi istiqamətində aparılan tədqiqat işlərinin ilkin mərhələsi uğurla başa çatıb. Belə ki, bu il Mərkəzin İpəkçilik laboratoriyasında respublikamızda ilk dəfə çəhrayı rəngdə barama yetişdirilib.

 

AZƏRTAC-ın müxbiri tədqiqat işlərinin gedişi ilə daha yaxından tanış olmaq məqsədi ilə Elmi Mərkəzdə olub, qurumun rəhbəri və əməkdaşları ilə görüşüb.

Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün sözlərinə görə, rəngli barama yetişdirilməsi istiqamətində tədqiqat işləri AMEA Fizika İnstitutunun nəzdindəki Biofizika və Smart Materiallar Mərkəzinin yaxından köməyi ilə həyata keçirilib. İnstitutun alimləri rəng maddəsinin seçilməsi və dozasının müəyyənləşdirilməsində iştirak edib, təcrübələrə qatılıblar.

 

Smart Materiallar Mərkəzinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Qasımov isə bildirib ki, tədqiqat işləri Azərbaycan-İtaliya birgə layihəsi çərçivəsində aparılır. Tədqiqat işləri zamanı rənglərin biosintez vaxtı fibroinə daxil olması, fotofizikasının dəyişməsi prosesləri, eyni zamanda, zülalın strukturu, radaminlə birləşmə xüsusiyyətləri və digər məsələlər öyrənilir. Məqsəd rənglərin fotostabilliyini artırmaq və gələcəkdə onları lazer sistemlərində tətbiq etməkdir. Son dövrlər aparılan tədqiqat işləri ona istiqamətlənib ki, ipək parçaları rəngləmək üçün əlavə rəng maddəsi lazım olmasın.

Gələcəkdə yaşıl, göy və digər rənglərdə barama yetişdiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!