USD - 1.7 EUR - 1.9947 RUB - 0.0215 TRY - 0.2177 DAHA ÇOX
SON DƏQİQƏ
Müdafiə Nazirliyi Azərbaycana məxsus təyyarə və helikopterin vurulmasını təkzib edib Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər yaralanıb, 16 nəfər həlak olub Düşmən yenidən Tərtər şəhərini artilleriya atəşinə tutur Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşüb, bir mülki şəxs həlak olub
ADA Universiteti “Baku Dialogues” jurnalının yeni nəşrini və  yeni veb-saytını təqdim edib

ADA Universiteti “Baku Dialogues” (“Bakı Dialoqları”) jurnalının yeni nömrəsini və veb-saytını təqdim edib.

ASAN Radioya ADA-dan verilən xəbərə görə, jurnalın “İpək Yolu” bölgəsinin geosiyasi əhəmiyyətinə və qlobal arenadakı roluna fokuslanan bu nömrəsində yerli və xarici tanınmış mütəxəssislərin məqalə və müsahibəsi yer alıb. Oxucular bu nəşrdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin amerikalı analitik Zbiqnev Bjezinski barədə yazdığı fikirlərlə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycanın xarici siyasət konsepsiyası ilə bağlı xüsusi müsahibəsi ilə tanış ola biləcəklər.

Jurnalda Corctaun Universitetinin professoru Brenda Şafferin, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin Baş siyasi analitiki Amanda Paulun və Beynəlxalq Təhlükəsizlik və Strateji Mərkəzinin (“Tsinghua” Universiteti) Çin Forumunun Baş mütəxəssisi Yu Hongjunun məqalələri də daxil olmaqla ümumilikdə 11 məqalə yayımlanıb.

“Baku Dialogues”un  yeni təqdim edilən saytının interaktiv strukturu vasitəsilə isə istifadəçilər Jurnalın yeni və əvvəlki saylarından, elanlarından və növbəti tədbirlərindən xəbərdar olacaqlar. Veb-sayt həm də istifadəçilərə ödənişsiz abunəlik və Arxiv bölməsində toplanan nəşrləri yükləmə imkanı verir.

“ADA Universiteti “Baku Dilogues” un həm yeni nəşrini, həm də yeni veb-saytını təqdim etməklə daha geniş alim və oxucu kütləsi cəlb edəcək. Veb-saytın daim yenilənəcək kontentində Jurnalda nəşr edilən və tanınmış siyasətçilər, şərhçilər, tədqiqatçılar, alim və analitiklər tərəfindən yazılan məqalələr oxuculara təqdim ediləcək”, - deyə Jurnalın Baş redaktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

Qeyd edək ki, veb-sayta masaüstü kompüterlər, noutbuklar, mobil cihazlar, planşetlər də daxil olmaqla bir çox elektron cihazdan daxil olmaq mümkündür.

İstifadəçilər keçid vasitəsilə sayta daxil ola və “Baku Dialogues”un yeni nömrəsini yükləyə bilərlər.

“Baku Dialogues” ADA Universitetinin ingilis dilində nəşr edilən rüblük jurnalıdır.

Bu ilin sentyabr ayından etibarən Jurnal “İpək Yolu bölgəsi üzərində siyasi perspektivlər” başlığı ilə dərc ediləcək.

Jurnalın fiziki və elektron nüsxələri bir çox kanal və platformalar vasitəsilə ödənişsiz əsaslarla geniş oxucu kütləsinə çatdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio