USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ukraynada təyyarə qəzası 

Ukraynada baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin son məlumatında qeyd olunub.

Məlumata görə, təyyarənin göyərtəsində 27 nəfər olub. İnsident nəticəsində onlardan 25 nəfəri dünyasını dəyişib.

Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu hərbi təyyarənin qəzaya uğramasından sonra Baş Prokurorluq tərəfindən “uçuş qaydalarının və ona hazırlığın pozulması” maddəsi ilə cinayət işi başlanılıb.

Bu dəqiqəyə olan məlumata görə, aviaqəza zamanı 25 nəfər ölüb, 2 yaralı ağır vəziyyətdə tibb müəssisələrinə aparılıb, qalanlarının axtarışı davam edir”, - deyə Baş Prokurorluqdan yayılan məlumatda qeyd olunub.

***

Saat 23:22

Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib.

Məlumata görə, insident nəticəsində 22 nəfər ölüb, iki nəfər sağ qalıb, daha 4 nəfərin taleyi məlum deyil.

“Hadisə yerindəyik. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 28 nəfər olub, onların arasında 7 zabit, 21 kursant olub. Təəssüf ki, 22 nəfər ölüb, 2 nəfər sağ qalıb (1 nəfər ağır vəziyyətdədir), hazırda dörd nəfərin taleyi məlum deyil. Həyatları üçün dua edirik, təcili tibbi yardım göstəririk”, - deyə Kuçer özünün “Telegram” səhifəsində yazıb.

Bu rəqəmlər Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti tərəfindən də təsdiqlənib.

***

Saat 22:58

Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə Ukraynanın Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, təyyarənin göyərtəsində kursantların olduğu bildirilir. Hadisə yerli vaxtla 20:45-də Çuquyev şəhəri yaxınlığında baş verib. Təyyarədə Xarkov Hava Qüvvələri Universitetinin kursantlarının təlim uçuşunun həyata keçirildiyi deyilir.

Aviaqəza nəticəsində ölənlərin və xəsarət alanların olduğu qeyd olunub. Məlumata görə, qəzaya uğrayan təyyarədə 23 nəfər – 5 ekipaj üzvü və 18 kursant olub. Ölkənin Daxili İşlər Nazirliyi insident nəticəsində 18 nəfərin öldüyünü, 2 nəfərinsə ağır yaralandığını təsdiqləyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!