USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolu yenidən qurulur

Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi aparılır.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, uzunluğu 25 km olan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun bir hissəsi dağılmış asfalt-beton örtüklü, bir hissəsi isə torpaq-çınqıl örtüklü olub. Bu üzdən əvvəllər eni 5-6 metr olan yolla xüsusən payız-qış aylarında hərəkət xeyli çətinləşirdi.

Hazırda torpaq işləri yekunlaşdırılaraq yolun asfaltlanması həyata keçirilir. Ümumilikdə 200 min m2 sahəyə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 5 min paqon-metr uzunluğunda, 1.5 metr enində yeni piyada səkiləri tikilib, kənarlarına səki daşları düzülüb. Bundan başqa yolun 9 və 14-cü km-lik hissələrində yerləşən uzunluqları müvafiq olaraq 12 və 10 metr, enləri isə 7 metr olan mövcud körpülər təmir edilib, bəndlərin bərkidilməsi və su nizamlayıcı qurğuların tikintisi işləri aparılıb.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Tikinti işlərinin avqust ayı ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!