Kataloniya təmsilçisi məğlubiyyətsiz oyunlar sayını 29-a çatdırıb.
Dünən İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Barselona" səfərdə "Valensiya"nın qonağı olub. Qollu heç-heçəylə başa çatan qarşılaşmadan sonra "Barsa" adını finala yazdırıb. Bununla Luis Enrikenin yetirmələr Kral Kubokunun finalında ən çox oynayan komanda ünvanına sahib çıxıb.
38 dəfə final oynayacaq "Barselona" buna qədər rekordu "Atletik"lə paylaşırdı. 27 dəfə sözügedən kuboku qazanan Leonel Messinin komandası bundan başqa ardıcıl üçüncü dəfə finala vəsiqə qazanmağa da nail olub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!