USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Suqovuşan su anbarında bütün hidrotexniki və elektrik avadanlıqları yararsız hala salınıb

Şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilən Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bir sözlə, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev Trend-ə bildirib ki, Suqovuşan kəndi işğaldan azad olunduqdan sonra Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin işçiləri tərəfindən su anbarına baxış keçirilib. Su anbarına baxış zamanı məlum olub ki, erməni faşistləri tərəfindən Hidroqovşağda suyun idarəolunmasını təmin edən bütün hidrotexniki və elektrik avadanlıqları yararsız hala salınıb.

"Lakin, bu, biz melioratorları ruhdan salmır. Çünki biz əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Suqovuşan hidroqovşağı və onunla yanaşı Tərtərçay suvarma sistemi də yenidən bərpa edilərək əvvəlki vəziyyətindən də yaxşı hala salınacaq. Nəinki Suqovuşan irriqasiya kompleksi, eləcə də işğaldan azad olunacaq digər su təsərrüfatı obyektlərimiz də yenidən təmir olunacaq, torpaq və su istifadəçilərin ixtiyarına veriləcək. Qarabağ torpağı bərəkətli torpaqlardır. Həmişə bu torpaqlardan bol məhsul götürülüb. Bundan sonra biz buradan daha bol məhsul əldə edəcəyik".

 
Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!