USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı metrosunda növbəti sosial layihə

İyulun 22-dən Bakı Metropoliteninin stansiyalarında işğal altında olan torpaqlarımıza həsr olunmuş növbəti sosial layihəyə start verilib.

"Bakı Metropoliteni" QSC məlumat verir ki, tədbir çərçivəsində “Azadlıq prospekti”, “Nəsimi”, “Elmlər Akademiyası”, “Nizami”, “28 May”, “Qara Qarayev”, “Neftçilər”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında işğal altında olan ərazilərimiz haqqında məlumatlar xüsusi tərtib olunmuş stendlərdə nümayiş etdirilir.

 

Statik lövhələrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız haqqında ümumi məlumatla yanaşı, ərazilərimizin işğal tarixi, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz vətəndaşlarımıza bir daha xatırladılır. Layihənin məqsədi bu hadisələri yaddaşlarda möhkəmləndirmək, eləcə də şəhərimizə təşrif buyuran əcnəbi qonaqların işğal olunmuş ərazilərimizə diqqətini cəlb etməkdir.

 

Stendlərdə Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları haqqında məlumatların əks olunması, əhali arasında, xüsusən də gənclərdə vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın davamıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!