USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Həmrəylik düşərgəsi” layihəsi davam edir

“ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun dəstəyi ilə baş tutan “Həmrəylik düşərgəsi” layihəsi davam edir. 

Lahıcda keçirilən “Həmrəylik düşərgəsi” layihəsi üzrə 60 könüllü artıq 6-cı gündür ki, hərbi çadırlarda yaşayırlar. Layihə müddətində Lahıcda bir sıra təlimlər, sosial aksiyalar və tədbirlər keçirilib. 

Bu tədbirlərdən biri də Niyaldağa yürüş olub. İştirakçılar Azərbaycanın qədim, gözoxşayan tarixi ərazi və abidələri ilə yaxından tanış olublar. Vertikal Qrupun dəstəyi ilə həyata keçirilən bu turda gənclərə təbiətlə davranış qaydaları da aşılanıb.Turda əsas məqsəd gənclərin fiziki hazırlığının təmin edilməsinin təşviq edilməsi və onlarda fiziki sağlamlığa maraq aşılamaq, Azərbaycanın tarixi barədə gənclərdə praktiki təsəvvürlər formalaşdırmaqdır.

Daha sonra düşərgəyə qayıdan könüllülər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 15 ölkədən Lahıca gəlmiş əcnəbilərlərlə görüşüblər. Düşərgə iştirakçıları və əcnəbi qonaqlar birlikdə multikulturalizm dəyərləri əsasında fikir mübadiləsi aparıblar. Könüllülər daha sonra Gəncə “ASAN xidmət” mərkəzinin teatr truppasının hazırladığı “Məhəbbətin Qənimi” tamaşasını izləyiblər. Açıq havada baş tutan tamaşa qəsəbə sakinləri  tərəfindən maraqla qarşılanıb. 

Düşərgənin 5-ci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov  iştirakçılar ilə görüşüb. 

İnam Kərimov görüş zamanı ASAN könüllülərinin sayının 8 minə çatdığını və onların qısa müddətdə bir çox uğurlu layihələr həyata keçirdiyini vurğulayıb. Eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının həyata keçirdiyi layihələr və tədbirlərin sosial əhəmiyyətindən danışıb.

Daha sonra görüş “Könüllü fəaliyyətini necə təkmilləşdirməli” mövzusunda müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, “Həmrəylik düşərgəsi” layihəsi 26 iyul tarixinə qədər davam edəcək.  

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!