USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İyulun 29-30-da geomaqnit qasırğası gözlənilir

Ötən gün Yerdə geomaqnit həyəcanlaşmaları qeydə alınb.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev APA-ya bildirib ki, buna iyulun 23-də Günəşdə baş verən alışmadan sonra tac plazma kütlələrinin klsater şəklində atılması səbəb olub.

E. Babayevin sözlərinə görə, bu plazma buludları birbaşa Yerə doğru yönəlməsə də,  yaratdığı effektlər dolayısı yolla Yerin maqnit sahəsinə təsir edib. O qeyd edib ki, nəticədə maksimumu 5 olan şkala üzrə G-1 sinfinə mənsub geomaqnit qasırğası baş verib: “Maksimumu 9 qradasiya üzrə geomaqnit Kp indeksi dünən 5 rəqəminə çatıb. Bu böyük rəqəm deyil, lakin kiçik də sayılmaz: "Hər halda geomaqnit qasırğası yaranıb. Hazırda Günəş səthində sakitlik hökm sürür və cəmi 16 Günəş ləkəsi var. Bunlar da bir Günəş fəallığı qrupunda birləşib. Sonradan indeks bir qədər də enib və hal-hazırda 3 ətrafındadır. Bu o deməkdir ki, həyəcanlaşma getdikcə zəifləməkdədir”.

E.Babayev vurğulayıb ki, bu dəfə qeydə alınan geomaqnit qasırğası kommunikasiya və naviqasiya, yüksək tezlikli elektromaqnit siqnallarına maneə yaradıb. Maksimumu 5 olan şkala üzrə R-1 radiosönmə “qasırğası” da müşahidə edilib. Bu da radiosiqnalların qısa müddətli “donma”sına, onlarda hansısa qısamüddətli fluktuasiyalara (həyəcanlaşmalara) səbəb olub.

Direktor müavini əlavə edib ki, hazırda Günəş səthində orta ölçülərə malik tac dəliyi müşahidə olunur. Tac dəliyindən adətən yüksək sürətli qaynar plazma küləyinin “əsdiyini” deyən E.Babayev vurğulayıb ki, yüklü zərrəciklər seli Yerətrafı fəzaya çatanda əlavə həyəcanlaşma və hətta geomaqnit qasırğası yaradır: “Bu dəfə tac dəliyindən olan mənfi təsirlər iyulun 29-30-da gözlənilir. Günəşin səthində alışmaların olma ehtimalı isə çox aşağıdır. Çünki Günəş səthində ləkələrin sayı həddən artıq azdır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!