Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. Turnirdəki yeganə təmsilçimiz "Qarabağ" mərhələnin ilk oyuna Çexiyada çıxacaq. Klub Plzendə yerli "Viktoriya"nın qonağı olacaq.
Səfərdə qənaətbəxş nəticə əldə olunsa, Ağdam klubu gələn həftə Bakıdakı cavab oyununda qrup mərhələsində yerini təmin edə bilər. Təbii ki, bunun üçün təmsilçimiz doğma azarkeşlər önündə büdrəməməlidi.
Ağdamlılar üçün “Viktoriya” ilə görüş rekord baxımından da önəm daşıyır. Qitənin ən nüfuzlu klub turnirində 5 qələbəsi olan “Qarabağ” eyni qədər uğuru olan “Neftçi”ni arxada qoymaq üçün plzenlilərə qalib gəlməlidi. 2 il öncə Avstriya “Zalsburq”u, ötən yay Şotlandiya “Şeltik”i ilə dueldə məyus olan əyalət klubu bu dəfə Çempionlar Liqasında mübarizəsini davam etdirməkdə iddialıdı.
Qarşılaşma Plzen şəhərinin “Dusan Arena” stadionunda keçiriləcək. 11 min 700 tamaşaçı tutumuna malik arenadakı görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!