USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə Ali Hərbi Şurası yüksək rütbəli şəxslərlə bağlı son qərarını verib

Ankarada Türkiyənin baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib.

Şuranın qəbul etdiyi qərar ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiqlənib. Bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

“Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, Quru Qoşunları komandanı, general Salih Zəki Çolak, Hərbi-Hava Qüvvələri komandanı, general Abidin Unal və   Hərbi-Dəniz Qüvvələri  komandanı, general Bülənt Bostanoğlu öz vəzifələrində qalacaqlar”, -  deyə İbrahim Kalın bildirib.

Jandarma Qüvvələrinin yeni komandanı general Yaşar Gülər təyin edilib.

Bundan əvvəl  Quru Qoşunların qərargah rəisi general İhsan Uyar və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanında Hərbi Doktrina və Hərbi Təhsil İdarəsinin rəisi general Kamil Başoğlu istefa veriblər. Qeyd olunan generallar Ali Hərbi Şuranın üzvü olublar.

Qeyd edək ki, hökumətin qərarı ilə 149-u general və admiral olmaqla, 1684 zabit hərbi çevrilişə cəhdə görə ordu sıralarından xaric edilib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!