USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İranın Ermənistan üzərindən Gürcüstana qaz nəqlinin detalları məlum olub

 Ermənistan üzərindən İran qazının Gürcüstana nəqli ölkənin "mavi yanacağa" olan tələbatının ¼-i ödəyəcək və Azərbaycandan asılılığını azaldacaq. Hazırda Gürcüstan qaz olan tələbatının 80%-ni Azərbaycanın hesabına ödəyir.

"Eurasia Daily" portalı xəbər verir ki, bu barədə Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktorunun müavini Aleksey Qrivaç bildirib.

A. Qrivaç iddia edir ki, mövcud infrastruktur ucbatından Gürcüstan İran yox, Rusiya qazını alacaq: "Müqavilənin şərtləri ilə tanış deyiləm. Lakin bir şeyi dəqiq bilirəm ki, sözügedən sxem üzrə nəql "Qazrpom"un icazəsi olmadan baş tuta bilməz. Çünki Ermənistanın qaz kəməri yoxdur, oradan keçən kəmər isə Rusiyaya məxsusdur. Bu səbəbdən, faktiki olaraq, İran qazının Gürcüstana tranziti mümkünsüzdür. Belə çıxır ki, söhbət svop əməliyyatdan gedir: İran Ermənistana 500 milyon kubmetr qaz nəql edir, əvəzində Rusiya həmin həcmdə qazı Gürcüstana satacaq. Bu yolla Ermənistan qaz nəqlinin təhlükəsizliyini də artırır. Çünki Gürcüstanadək uzanan kəmərin 30-dan çox yaşı var, dağlıq ərazidən keçir və istismara yararsız hala düşüb. Beləliklə, Gürcüstan Azərbaycanın ona verə bilmədiyi əlavə qaz həcmini alır. Azərbaycan neft hasilatını dəstəkləmək üçün qaz hasilatını azaltmağa məcburdur. Buna görə, Gürcüstan yeni təchizatçı axtarır. Məlum siyasi səbəblərdən Gürcüstan Rusiyadan qaz ala bilmir. İranla svop əməliyyatı hesabına Gürcüstan qaz defisiti problemini həll edə bilər".

Bundan öncə xəbər verdiyimiz kimi, İranın neft naziri Bijan Namdar Zənganə Ermənistanın energetika və təbii sərvətlər naziri Levon Yeolyanla keçirdiyi görüşdə bildirib ki, İran Ermənistana qaz nəqlini 3 dəfə artırmaq niyyətindədir: "2018-ci ilin sonunadək İrandan Ermənistana ixrac olunan qazın həcmi 1 milyon kubmetrdən 3 milyon kubmetrədək artırılacaq".

O əlavə edib ki, ermənistanlı həmkarı ilə Ermənistan üzərindən İran qazının Gürcüstana nəqlini müzakirə edib.

Öz növbəsində Ermənistan tərəfi danışıqlar prosesində İran qazının tranzit olaraq Gürcüstana qlobal olunması üçün birgə müəssisənin yaradılmasını təklif edib. Yeni yaradılacaq müəssisə tranzit qaz nəqli ilə məşğul olacaq. Bildirilir ki, İran tərəfi təklifi müsbət dəyərləndirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!