USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ÜST-ün Azərbaycan Nümayəndəliyi və “ASAN Könüllüləri” maska paylayır

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı çərçivəsində maska paylanması aksiyasına start verilib. 

Aksiya çərçivəsində ASAN Könüllüləri tərəfindən Bakıda yerləşən 5 “ASAN xidmət” mərkəzinə xidmət almaq üçün müraciət edən vətəndaşlara ÜST tərəfindən təmin edilən 100 min tibbi maska və maskadan düzgün istifadəyə dair maarifləndirici flayerlər paylanılması nəzərdə tutulub. Aksiyanın məqsədi COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizədə maskadan istifadənin əhəmiyyətini bir daha vurğulamaq, tibbi maskalar və parçadan hazırlanmış maskaların düzgün taxılması və saxlanmasına dair tövsiyələr verməkdir. 

Son günlər COVID-19-a yeni yoluxmaların sayındakı azalma sevindirici haldır. Bu müsbət trendin qorunub saxlanılması üçün ÜST və “ASAN Könüllüləri” Təşkilatı maskadan istifadənin əhəmiyyətini bir daha xatırladır və vətəndaşları ölkə ərazində maskadan istifadəyə dair mövcud tələblərə əməl etməyə çağırır.  

Qeyd edək ki, bundan öncə də ÜST tərəfindən Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və əhalinin həssas qrupları ilə çalışan bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatlarına 2 milyon yarım maska təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!