USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ÜST koronavirusun qida paketlərində dondurulmuş olsa belə, qalma ehtimalını açıqlayıb  

“Qida paketləri dondurulmuş olsa belə, uzunmüddətli nəqliyyat daşımaları zamanı koronavirus infeksiyasını özündə saxlaya bilər”. 

APA xəbər verir ki, bu barədə “Wall Street Journal” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni tövsiyələr layihəsinə istinadən məlumat yayıb.

Layihəyə görə, son tədqiqatlar və hesabatlar virusun donma və soyuq saxlama şəraitində uzun müddət yaşaya biləcəyini və bu halda insanlara keçə biləcəyini təsdiq edir. 

Təlimatlarda istehlakçılar üçün risk minimum qiymətləndirilsə də, vurğulanıb ki, nadir hallarda istehsal zamanı qida virusa yoluxa bilər. Bu halda virus uzunmüddətli nəqliyyat daşımaları zamanı donmuş məhsul olsa belə, qala bilər. 

Qeyd edək ki, ÜST nümayəndələri sözügedən tövsiyənin jurnalın redaksiyasına təsadüfən göndərildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu, tövsiyələrin ilkin layihə versiyasıdır və  təkmilləşdiriləcək. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!