USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Velosipedçimiz beynəlxalq yarışda ikincidir

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Qinghai Lake" yürüşü sona yaxınlaşmaq üzrədir. Mötəbər yarışın fərdi ötüşmədən ibarət 12-ci mərhələsi Azərbaycanın "Synergy Baku" klubu üçün uğurlu nəticə ilə yadda qalıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandamızın üzvü Matey Müqerli 22.6 km-dən ibarət marşrutu 2-ci pillədə başa vurub.

Məsafəni 28 dəqiqə, 51 saniyəyə qət edən velosipedçimiz bununla da yarış ərzində 2-ci dəfə fəxri kürsüyə qalxıb. Xatırladaq ki, Matey Müqerli 4-ci mərhələni də 2-ci pillədə tamamlamışdı. 12-ci mərhələdəki uğurlu çıxışı velosipedçimizə ümumi təsnifatda 2 pillə irəliləməklə 2-ci yerə qalxmağa imkan verib. İndi o yarış lideri, Ukraynanın "Kolss" komandasının üzvü Sergey Laqkutidən 37 saniyə geri qalır.

Bu gün "Tour of Qinghai Lake" yarışında sonuncu - 13-cü mərhələ keçiriləcək. Əgər Matey Müqerli 95 km-lik bu mərhələdə də uğurla çıxış edərsə, o zaman ümumi təsnifatın qalibi ola bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!