USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə bağlı maarifləndirmə kampaniyasına başlanılıb

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə 30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunmuş ictimai maarifləndirmə kampaniyasına start verilib.

AZƏRTAC xəbər verir ki, İçərişəhərdə keçirilən açılış mərasimində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados, USAID-in Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Mikaela Meredis, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev, Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov və digərləri çıxış ediblər.

Çıxışlarda tədbirin təşkilinin insan alverinə qarşı mübarizə sahəsində məlumatlandırma və cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin kampaniyaya ictimaiyyətin çoxsaylı nümayəndələrinin fəal şəkildə qoşulacaqlarına əminlik ifadə olunub. Bildirilib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda əksini tapıb, ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrası müsbət dəyərləndirilib.

Tədbirdə ölkəmizdə insan alverinə qarşı mübarizəyə dair qəbul olunan Milli Fəaliyyət planları haqqında məlumat verilib. İnsan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu xüsusi vurğulanıb.

Argentina Szabados və Mikaela Meredis insan alverini müasir dövrün köləliyi adlandıraraq, bunu bəşəriyyətə qarşı cinayət adlandırıblar. Bütün dünya dövlətləri tərəfindən insan alverinə qarşı birgə mübarizənin vacibliyini vurğulayan natiqlər Azərbaycan hökumətinin bu sahədə göstərdiyi səyləri dəstəklədiklərini bildiriblər.

Sonra uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!