USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Tanınmış futbol fristayleri Bakıya gələcək Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik” Şəhid hərbi qulluqçuların daha 423 vərəsəsinə birdəfəlik ödəmələr veriləcək Prezident İlham Əliyev: Səhiyyə sahəsindəki islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər Ermənistanda baş leytenant xidmət yoldaşını güllələdi
Sabah Azərbaycanda havanın temperaturu 36 dərəcəyə yüksələcək

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək . Havanın temperaturunun gecə 22-24 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 22-24 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir. 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio