USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə irəlilədi

Hər iki ildən bir Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünya ölkələrində elektron hökumətin inkişaf səviyyəsini  müəyyən edən sorğu keçirilir. "Elektron Hökumət Sorğusu" adlı bu araşdırmada əsas 2 göstərici, "Elektron hökumətin İnkişafı İndeksi" (E-Government Development Index-EGDİ) və "Elektron İştirak İndeksi" (E-Participation Index -EPİ) üzrə qiymətləndirmə aparılır.

Sorğunun nəticələrinə görə 2016-cı ildə Azərbaycan 2014-cü illə müqayisədə dünyanın 193 ölkəsi arasında EGDİ üzrə 12 pillə irəlilərəyək 56-cı yeri, EPİ üzrə isə 30 pillə irəliləyərək 47-ci yeri tutub. 

Azərbaycan əsas irəliləyişə məhz "Elektron Hökumətin İnkişafı İndeksi"ni təşkil edən meyarlardan biri olan “Onlayn Xidmət İndeksi” üzrə nail olub ki, bu da onun ümumi EGDİ göstəricisinin 58% artmasına səbəb olub. Eyni zamanda sorğunun nəticələrinə dair Hesabatda Azərbaycanın diqqətçəkən inkişafı  və "Elektron İştirak İndeksi" üzrə dünya ölkələri arasında ilk əlliliyə daxil olması xüsusi vurğulanıb. 

Beləliklə, nəticələrə əsasən Azərbaycan bir sıra potsovet ölkələri daxil olmaqla müxtəlif ölkələri geridə qoyub: Çin, Ukrayna, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan və s. Qeyd etmək lazımdır ki, Ermənistan isə 2014-cü illə müqayisədə EGDİ üzrə 26, EPİ üzrə isə 25 pillə geriləyib.  

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilir ki, bu irəliləyiş Azərbaycan Rerspublikası Prezidentinin tapşırığına əsasən son illər Azərbaycanda dövlət orqanları, o cümlədən “ASAN xidmət” çərçivəsində Elektron Hökumət quruculuğu və elektron xidmətlərdən istifadə sahəsində həyata keçirilən davamlı layihələrin nəticəsidir. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!