USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İncəsənət ustalarımız beynəlxalq festivalda iştirak ediblər

Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının Yakutsk şəhərində “Olonxo torpağında UNESCO şedevrləri ilə görüş” adlı üçüncü beynəlxalq festival keçirilib. VI beynəlxalq “Asiya uşaqları” idman oyunlarının mədəni proqramı çərçivəsində təşkil olunan festivalda ölkəmizi Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadə təmsil edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tarzən bildirib ki, festivala UNESCO-nun siyahılarında mirasları təmsil olunan ölkələrin mədəniyyət və incəsənət adamları qatılıb: “Bizim tar və muğam sənətimiz də bu siyahıya daxil edildiyi üçün Yakutiya Filarmoniyasının direktoru tərəfində “Symphonica ARTica” simfonik orkestri ilə birgə çıxış məqsədilə Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliyinə məktubla müraciət olunmuşdu. Mən də festivalda iştirakı məmnunluqla qəbul etdim. Aprel ayında orkestrə Hacı Xanməmmədovun “Tar və simfonik orkestr üçün 2 saylı konsert”, Səid Rüstəmovun “Oxu, tar”, Fərhad Bədəlbəylinin “Şuşa”, Aqşin Əlizadənin “Cəngi”, Həmid Vəkilovun “Şıdırğı” və “Çılğın rəqs”, Həsən Rzayevin “Çahargah rapsodiyası”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Azərbaycan xalq mahnısı “Sarı gəlin”, “Xaric segah” muğamı və s. əsərlərdən ibarət proqram göndərdim”.

S.Paşazadə iyulun 5-də festivalın açılış mərasimində “Çahargah” muğamı ilə çıxış edib. Konsertdən sonra çoxsaylı izləyicilər ifaçıya yaxınlaşıb tar aləti ilə maraqlanıblar. İyulun 7-də festival çərçivəsində Nataliya Bazalevoyun rəhbərlik etdiyi “Symphonica ARTica” orkestri ilə birlikdə “Qədim tarın sehri” adlı 2 saat yarımlıq geniş solo konsert proqramı ilə çıxış edib. Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb, o, yenidən səhnəyə dəvət olunub və yenə “Çahargah” muğamını səsləndirib.

Gənc musiqiçi uğurlu çıxışına görə Yakutiya Dövlət Televiziyasına dəvət edilib və Azərbaycan muğamı, musiqisi, tar aləti haqqında fikirlərini yerli tamaşaçılarla bölüşüb. O, Azərbaycan tarı, müasir tar sənəti, tar aləti ilə sintez edilən musiqi janrları, tarın inkişaf tarixi haqqında mühazirə oxuyub. Ayın 8-də Yakutiya Dövlət Gənc Tamaşaçılar Teatrında tarzənlə yaradıcılıq görüşü və ustad dərsləri təşkil edilib. Ustad dərsləri zamanı muğam və tar aləti, Üzeyir Hacıbəyli və Azərbaycan musiqisi haqqında mühazirələr canlı ifa ilə müşayiət olunub.

Festivalın bağlanış mərasimində S.Paşazadə Azərbaycan tarı və rus xalq mahnılarından bir neçəsinin sintezindən ibarət musiqi kompozisiyası təqdim edib. Bu çıxış da böyük alqışlarla qarşılanıb. Yerli mətbuatda konsert haqqında gedən məqalələrdə “Azərbaycan tarı Yakutiyanı fəth etdi” başlıqlı yazılar işıq üzü görüb. Əməkdar artist vətənə festivalın 5 fəxri diplomu ilə qayıdıb.

Qeyd edək ki, bu il S.Paşazadə üçün yaradıcılıq baxımından uğurlu olub. Belə ki, o, fevralın 22-dən martın 19-na qədər SSRİ Xalq artisti Fərhad Bədəlbəyli ilə birlikdə ABŞ-ın 17 ştatında konsert proqramı ilə çıxış edib. Həmçinin dirijor Dmitri Yablonskinin rəhbərliyi altında Yerusəlim Simfonik Orkestri ilə bir səhnəni bölüşüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!