USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı avtovağzalının qarşısındakı sürüşmə zonasında aparılan bərpa işləri yekunlaşıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə zonasında aparılan bərpa-gücləndirmə işləri yekunlaşıb. Bu barədə APA-ya məlumat verən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı mövcud avtobus dayanacağına giriş-çıxış yolu və ticarət mərkəzinə (avtobus dayanacağının qarşısından keçən yol) gedən yol da bərpa olunaraq asfaltlanıb.

Qeyd edək ki, “Azəravtoyol” ASC-nin sifarişi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” (keçmiş “Azərkörpü”) tərəfindən aparılıb. Yamacın yuxarı hissəsində 5 ədəd istinad divarı, yamacın aşağı hissəsində isə 4 ədəd istinad divarı inşa edilib. Divarlar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və smentasiya olunub. Avtobus dayanacağı və autletə (avtobus dayanacağının qarşısından keçən yol) gedən hissədə inyeksiya işləri görülüb, yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilib, beton məhlulu tökülüb. Yamacın yuxarı və alt hissəsində mövcud istinad divarı ilə autletə gedən yolda yerləşən istinad davarı arasında 1200 mm diametr və 33,5 metr dərinlikdə 100-ə yaxın ədəd svay vurulub.

Qeyd edək ki, ötən il oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə hadisəsi baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!