USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarların sayı bəlli olub

Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlarla ilə bağlı kvota məlum olub, yaxın günlərdə ziyarətin qiymətləri açıqlanacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığı ilə aparılan danışıqlar nəticəsində əldə olunan razılığa əsasən, bu il Azərbaycandan Həccə ən çox 1500 zəvvar gedə biləcək. Hazırda Həcc ziyarətinin qiymətləri dəqiqləşdirilir. QMİ-nin nümayəndə heyəti bununla bağlı Səudiyyə Ərəbistanında səfərdə olub.

Xatırladaq ki, ötən il Azərbaycan üçün kvota 2400 nəfər təşkil edib. İdarədən bildirilir ki, bütün hallarda builki Həcc ziyarətində səfər xərclərinin əvvəlki illərə nisbətən artacağı gözlənilir. Buna səbəb kimi manatın dollara nisbətdə bu il ucuzlaşması göstərilir. Ziyarət xərcləri artıq ötən ildən ABŞ dolları ilə hesablanır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!