Rio Olimpiadasının IV günü Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq.
Apasport.az saytının məlumatına görə, bu gün Olimpiya oyunlarında debüt edəcək idmançılarımızdan ikisi medallar uğrunda mübarizə aparacaqsa, biri ilk görüşünü keçirəcək.
Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov və qılıncoynatmanın sablya növü üzrə ölkəmizi təmsil edəcək Səbinə Mikinanın taleyinə bu gün aydınlıq gələcək.
Hər iki idmançımız yarışa 1/16 final mərhələsindən start verəcəklər.
Digər təmsilçimiz, 91 kq çəki dərəcəsində çıxış edəcək Abdulqadir Abdullayev isə ilk görüşünü keçirəcək. Dəri əlcək ustamız yarışa 1/8 final mərhələsindən start verəcək.
Qılıncoynatma
1/16 final
Səbinə Mikina (sablya) – saat 17:20
Cüdo
1/16 final
Rüstəm Orucov (73 kq) – saat 17:30
Boks
1/8 final
Abdulqadir Abdullayev (91 kq) – saat 20:45
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!