USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İki boksçumuz "Rio-2016"ya qələbə ilə başlayıb

Ötən gecə mübarizəyə qoşulan 2 boksçumuz növbəti mərhələyə keçib.

"ASAN Radio" xəbər verir ki, iki qat dünya çempionu Məhəmmədrəsul Məcidov ilk döyüşünə çıxıb. 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən boksçumuz 1/16 final mərhələsində mərakeşli Mohammed Arjauini sınağa çəkib. 

İlk raunddan üstün təsir bağışlayan Azərbaycan boksçusu sonadək təşəbbüsü əldən verməyib. Döyüş 3:0 hesabı ilə Məcidovun xeyrinə başa çatıb.

Onun 1/8 finaldakı rəqibi qazaxıstanlı İvan Dıçko olacaq.

Digər boksçumuz Albert Səlimov da ilk görüşünə çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan dünya və ikiqat Avropa çempionu ilk olaraq irlandiyalı Devid Oliver Coys ilə qarşılaşıb. Döyüş Səlimovun üstünlüyü şəraitində keçib. Yekunda azərbaycanlı boksçu 3:0 hesabı ilə qalib gələrək, adını 1/4 finala yazdırıb. 

Səlimovun növbəti mərhələdə rəqibi fransalı Sofian Umiha olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!