USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Rio-2016": ABŞ medal sıralamasında liderliyini davam etdirir

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında dörd günlük gərgin idman mübarizəsindən sonra 47 ölkənin atletləri medallara sahib ola biliblər.

asanradio.az xəbər verir ki, aktivində bir gümüş medal olan yığma komandamız bu göstərici ilə 32-ci sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Azərbaycana gümüş medal qazandırıb. Azərbaycandan başqa, hesabında bir gümüş medal olan əlavə altı ölkə var - Danimarka, Malaziya, Monqolustan, Filippin, Slovakiya və Türkiyə.

Hazırda Olimpiadaya hesabında 9 qızıl, 8 gümüş və 9 bürünc medal olan ABŞ liderlik edir. Çin 8 qızıl, 3 gümüş, 6 bürünc medalla ikinci, Macarıstan 4 qızıl, 1 gümüş və 1 bürünc medalla üçüncü pillədə qərarlaşıb. İlk onluğu Avstraliya (4-0-5), Rusiya (3-6-3), İtaliya (3-4-2), Koreya Respublikası (3-2-1), Yaponiya (3-1-10), Fransa (2-3-1) və Tailand (2-1-1) tamamlayır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!