USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
FIFA-nın sabiq prezidentinin xatirəsinə Braziliyanın bayraqları endirilib

ASAN Radio “TASS” agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) sabiq prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Joao Avelanjın vəfatı ilə əlaqədar avqustun 16-da Olimpiya Oyunlarının obyektlərində Braziliyanın dövlət bayraqları endirilib.

Daha əvvəl “France-Presse” agentliyi Rio-de-Janeyronun “Samaritano” xəstəxanasının mətbuat katibinə istinadla xəbər verib ki, 100 yaşlı Avelanj avqustun 16-da vəfat edib. J.Avelanjın ölümünün dəqiq səbəbi göstərilmir.

Agentliyin məlumatında deyilir: “BOK Oyunların təşkilatçılarının Avelanjın ölümü ilə bağlı çərşənbə axşamı Olimpiya obyektlərində Braziliya bayraqlarının endirilməsi barədə müraciətinə razılıq verib”.

J.Avelanj 1974-cü ildə FIFA-nın yeddinci prezidenti və qurumun Avropanı təmsil etməyən ilk başçısı seçilib. O, bu vəzifədə 1998-ci ilə qədər çalışaraq, fəaliyyət müddətinə görə fransız Jül Rimedən (33 il) sonra ikinci şəxs olub. Həmin müddətdə FIFA-ya iri sərmayədarları cəlb edib. Onlar FIFA-nın himayəsi ilə keçirilən turnirləri maliyyələşdirməyə başlayıblar, nəticədə qurum inkişaf yoluna qədəm qoyub. Futbol matçlarının yayım hüququ da sabiq prezidentin dövründə satılmağa başlayıb. Bundan əlavə, Konfederasiyalar Kuboku, yeniyetmələr, gənclər, habelə qadınlar arasında dünya çempionatları təsis edilib.

J.Avelanj Braziliya Olimpiya yığmasının üzvü kimi iki Olimpiadada iştirak edib. 1936-cı ildə o, Berlində 400 metr məsafəyə üzmə və 1500 metr məsafəyə sərbəst üzmə yarışlarında iştirak edib, lakin yarımfinala vəsiqə qazana bilməyib. 1952-ci ilin Helsinki Olimpiadasında isə su polosu üzrə milli komandanın üzvü olub və yığma ilə birgə 13-cü yeri tutub. J.Avelanj 1963-2011-ci illərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü olub. 2013-cü ildə böyük məbləğdə rüşvət almaqda ittiham edildikdən sonra FIFA-nın fəxri prezidenti vəzifəsindən istefa verib.

J.Avelanj Fransanın Fəxri Legionu ordeninə layiq görülüb, habelə bir sıra ölkələrin, o cümlədən Braziliya, Portuqaliya, İsveç və İspaniyanın hökumət mükafatları ilə təltif edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!