USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rio-2016: Azərbaycan boksçusu yarımfinalda Almaniyanı təmsil edən erməni boksçu ilə qarşılaşacaq

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. ASAN Radionun məlumatına görə, bu gün Azərbaycan yığmasının bir üzvü rinqə çıxıb.

1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gəlib.

Görüşə aktiv başlayan boksçumuz çətinlik çəkmədən qələbə qazanıb. Hər üç raundda rəqibindən aşkar üstün olan Sotomayor bütün hakimlərdən ən yüksək qiymət alıb. O, kubalı idmançını 3:0 (30:27, 30:27, 30:27) məğlub edərək yarımfinala yüksəlib.

Bununla da təmsilçimiz ən az bürünc medalı təmin edib.

Boksçumuzun yarımfinaldakı rəqibi də müəyyənləşib. Belə ki, dəri əlcək ustamız finala çıxmaq üçün Almaniyanı təmsil edən erməni boksçu Artyom Harutunyan ilə döyüşəcək.

Qeyd edək ki, bu, boks yığmamızın Olimpiadada təmin etdiyi ikinci medaldı. Daha əvvəl isə 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı yarımfinala yüksəlməklə millimiz üçün ilk medalı qazanmışdı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!