USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Qarabağ” və “Qəbələ” Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçiriləcək. ASAN Radionun məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.

İsveçin “Höteborq” klubu ilə qarşılaşacaq təmsilçimiz ilk oyun öncəsi cütün favoriti hesab olunur. “Köhlən atlar” İsveçdə qalib gəlsələr, bu, onların qitənin ikinci dərəcəli klub turnirində yubiley – 20-ci sevinci olacaq.

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” isə qrup mərhələsinə gedən yolda son maneəni dəf etmək üçün ilk qarşılaşmasına çıxacaq. Artıq 3 mərhələni arxada qoymuş “qırmızı-qaralar” Sloveniyanın “Maribor” klubu ilə üz-üzə gələcək. Ötən mövsüm dörd təsnifat mərhələsi adlayan əyalət klubu bu dəfə də eyni nəticəni sərgiləməyə iddialıdır. İlk dəfə avrokubok matçını “Dalğa Arena”da keçirəcək əyalət klubu yeni məkanında qələbə ilə yadda qalmaq istəyir.

Avropa Liqası

Pley-off, ilk oyun

18 avqust

 

21:00. “Höteborq” (İsveç) - “Qarabağ”

Höteborq. “Qamla Ullevi” stadionu

 

21:00. “Qəbələ” – “Maribor” (Sloveniya)

Bakı. “Dalğa Arena” stadionu

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!