USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qəbələdə Qafqaz və Avropada ən qədim katakomba tapılıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ rayonu ərazisindəki Xalkolit və Tunc dövrlərinə (e.ə. 4-3-cü minilliklər) aid arxeoloji abidələrin tədqiqi ilə məşğul olan “Qədim Qəbələ” ekspedisiyası 2016-cı ilin yay mövsümündə araşdırmaları davam etdirir.

Bu barədə ASAN Radioya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib. Məlumata görə, institutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi bu ekspedisiyanın əsas tədqiqat obyekti əvvəlki illərdə olduğu kimi bu il də Qəbələ beynəlxalq aeroportu ərazisindəki Leylatəpə arxeoloji mədəniyyətinə aid Qalayeri qədim yaşayış məskəni olub. Xalkolit dövrünə - e.ə. 4-cü minilliyin birinci yarısına aid bu abidədə aparılan qazıntılar nəticəsində minlərlə maddi mədəniyyət qalıqları – gildən, daşdan, metaldan və sümükdən hazırlanmış əmək alətləri aşkar edilib.

Müəyyən edilib ki, Qalayerində müxtəlif tip saxsı qablar qədim Yaxın Şərq mədəniyyətlərində olduğu kimi dulus çarxında hazırlanıb. Abidədə eyni zamanda o dövrdə istehsalda ən yüksək texnoloji üsul hesab edilən dulus çarxının hissələri də aşkar olunub: “Arxeoloji ekspedisiya elmi çevrələrdə sensasiya doğuracaq kəşfə də imza atıb. Belə ki, Qalayerində qazıntıların ən böyük uğurlarından biri –  mədəni təbəqənin altında, xam torpaqda qazılmış katakomba tipli qəbir abidəsinin aşkar edilməsidir”.

N. Müseyiblinin sözlərinə görə, abidənin ilk məskunlaşdığı dövrə, yəni 6 min əvvələ aid bu qəbir Qafqazda və Avropada katakomba tipli ən qədim qəbir abidəsidir.

Ekspedisiya rayonun Dizaxlı kəndində, kənd sakini Yasin Qəribovun məlumatı əsasında Qaraçayın hündür sağ sahilində yerləşən Erkən Tunc dövrünə aid nekropolda 2014-cü ildə başladığı tədqiqat işlərini davam etdirib və qəbirdə dəfn edilmiş insan skeleti ilə yanaşı metaldan və müxtəlif minerallardan hazırlanmış 100-dən artıq bəzək əşyaları, 30-a yaxın saxsı qablar aşkar edilib.

Buradakı məzarlardan aşkar edilmiş arxeoloji materiallar, onların digər abidələrdən olan tapıntılarla müqayisəli təhlili əsasında ekspedisiya rəhbəri bildirib ki, aşkar olunmuş artefaktlar Kür-Araz Mədəni Tarixi Birliyi çərçivəsində e.ə. 3-cü minillikdə Şirvan, Quba-Xaçmaz bölgələrini, Cənubi Dağıstanı, xüsusilə də Dərbənd ətrafı əraziləri əhatə etmiş Şərqi Qafqaz mədəniyyətini və onun səciyyəvi xüsusiyyətlərini müəyyən etməyə geniş imkan yaradıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!