USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MSK sədri: “Referendum Azərbaycanda sabitliyin qorunmasına xidmət edir”

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilir. 

ASAN Radio xəbər verir ki, seminar-müşavirənin açılışında çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, seminar-müşavirə Azərbaycan prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissədə icrası ilə bağlı təşkil edilir.

 

M. Pənahov sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçiriləcəyini, bu referendumun tarixi əhəmiyyət daşıdığını söyləyib: “Referendum Azərbaycanda sabitliyin qorunmasına xidmət edir. Azərbaycan sürətlə inkişaf edir, əhalinin həyat şəraiti yaxşılaşır. Biz seçkiləri yüksək standartdarla keçirmişik, bu referendumu da yüksək səviyyədə keçirməliyik”. 

 

M. Pənahov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin reytinqi çox yüksəkdir: “Ancaq hansısa ölkələrin daxili işlərinə qarışmaq istəyirlərsə, buna seçki yolu ilə qarışırlar. Azərbaycanı istəməyən qüvvələrə, insanlara bəhanə verməməliyik. Aşağı seçki komissiyalarını, seçiciləri, seçki subyektlərini nə qədər maarifləndirsək, buna o qədər çox nail olacağı. Çalışacağıq ki, qarşıdan referendum Azərbaycan tarixinə qızıl hərflərlə yazılsın”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!