USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ziyafət Əsgərov: "Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində bu addımı atmalıyıq"

“Azərbaycanda iki məsələ - sərhədlərin dəyişdirilməsini və Konstitusiyaya dəyişiklərini ancaq referendum yolu ilə etmək mümkündür”.

ASAN Radio xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə “Referendumda iştirak hüquqlarının konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov söyləyib.

Z. Əsgərov deyib ki, Azərbaycanda referendum keçirilməsi təcrübəsi var: “Bu gün dünyada heç bir dövlət deyə bilməz ki, mən tam hüquqi dövlətəm. Mərhum prezident Heydər Əliyev deyirdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur.  Biz hüquqi dövlət quruculuğunda da ən yüksək səviyyəyə çatmaq üçün bu dəyişiklikləri həyata keçirməliyik. Xalqın iradəsinə cavab verməyən məsələləri qəbul etməməliyik. Bu referendum isə xalqın iradəsinə cavab verir və biz bunu həyata keçirməliyik. Referendumda qəbul edilən məsələlər xalqın iradəsini əks etdirir. Hər bir referendum aktı cəmiyyətin siyasi, iqtisadi barometridir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var. Biz hüquqi dövlət quruculuğu prosesi çərçivəsində bu addımı atmalıyıq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!