USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident Mövlud Çavuşoğlunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Mövlud Çavuşoğluna və türk xalqına başsağlığı verən dövlət başçısı bu terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq hadisənin ölkəmizdə qətiyyətlə pislənildiyini və qınanıldığını deyib. Prezident İlham Əliyev həmişə olduğu kimi, bu ağır günlərdə də Azərbaycan xalqının türk xalqının yanında olduğunu qeyd edib.

Prezident İlham Əliyev Türkiyə Prezidenti üçün münasib olan bir vaxtda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ölkəmizdə keçiriləcəyi ilə bağlı razılaşdıqlarını da qeyd edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətindən danışan dövlət başçısı bunu birliyimizin ifadəsi kimi dəyərləndirib. Şuranın iclasının gündəliyinin geniş olduğunu və burada bir çox məsələlərin müzakirə ediləcəyini deyən dövlətimizin başçısı iclasın yaxın vaxtlarda keçiriləcəyinə əminliyini ifadə edib.

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı verdiyi başsağlığına, qardaş Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyənin və türk xalqının yanında olmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Terrorun bütün formalarına qarşı mübarizənin vacibliyini vurğulayan Mövlud Çavuşoğlu terrora qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini qeyd edib. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının yaxın vaxtlarda gerçəkləşəcəyinə və dövlət başçılarının liderliyi ilə ölkələrimiz arasında münasibətlərin daha da irəliyə aparılacağına əminliyini ifadə edib.

Mövlud Çavuşoğlu son zamanlar Azərbaycanda iqtisadi, o cümlədən ölkə həyatının bütün sahələrinin inkişafı ilə bağlı qəbul olunan qərarların ölkəsində rəğbətlə qarşılandığını deyib və qardaş Azərbaycanın gələcəyi ilə bağlı Prezident İlham Əliyevin liderliyi ilə görülən bütün işlərdə uğurlar arzulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!