USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azİz” Müslüm Maqomayevin xatirəsinə anım gecəsi keçirib - FOTOLAR

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) İsrailin Netaniya şəhərində Müslüm Maqomayevin doğum gününə həsr edilmiş tədbir keçirib.

ASAN Radio “Azİz” assosiasiyasına istinadən xəbər verir ki, anım gecəsində tamaşaçılar sevimli ifaçının mahnılarını və onun haqqında söhbətləri dinləyiblər. Lilya Boqatıryova və Rita Rakovşik tərəfindən tərtib edilmiş konsert proqramına Tomer Əliyev və Sergey İlyasafovun ifasında Müslüm Maqomayevin repertuarından olan mahnılarla yanaşı, İraida Paninanın ifasında müasir mahnılar da daxil edilib. Gənc vokalçı Timoti Sannikov idiş dilində mahnılar oxuyub, skripkaçılar Aleksandr Spivak və Yelena Borisova-Spivak isə Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin və Fikrət Əmirovun əsərlərini ifa ediblər.

“Azİz” assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Müslüm Maqomayevin həyat və yaradıcılığından danışıb, yazıçı və jurnalist Mark Kotlyarski isə müğənni haqqında xatirələrini bölüşüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!