USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paytaxtın mərkəzi küçələri iki gün bağlı olacaq

Avqustun 20-dən Bakının bır sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. ASAN Radio xəbər verir ki, bunu Bakı Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

O deyib ki, yolların bağlanması Heydər Əliyev Fondunun dəstəyi ilə "Bakı" adlı filmin çəkilişlərinin başlanması ilə bağlıdır: "Bakı şəhər DYPİ əhalinin və avtomobil sahiblərinin əvvəlcədən nəzərinə çatdırır ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq.  Avqustun 20-də qısa müddətə Qoşa Qala qapısı yanından Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinədək olan hissəyə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət İstiqlaliyyət və Azərbaycan küçələrinin kəsişməsindən "Beşmərtəbə" adlanan əraziyə tərəf yönəldiləcək".

Avqustun 21-də isə Neftçilər prospektinin Bayraq meydanından Azadlıq meydanınadək olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq nəqliyyat vasitələri Bayraq meydanından Bayıl və 20-ci Sahə istiqamətinə, həmçinin Səbail rayonu Yanğından Mühafizə Hissəsinin inzibati binasının qarşısından Bayıl qəsəbəsinə daxili yollara yönəldiləcək: "Bundan əlavə, Bülbül prospekti ilə Neftçilər prospekti istiqamətində hərəkət edənlər üçün Zərifə Əliyeva küçəsi ilə kəsişmədən sola, həmçinin Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Rəsul Rza küçəsi istiqamətində hərəkətə məhdudiyyət qoyulacaq. Bakı Şəhər Yol Polisi İdarəsi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, filmin çəkilişləri tam başa çatanadək qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alıb alternativ yollarla hərəkət etsinlər".

Bölmə rəisi onu da əlavə edib ki, bundan əlavə, avqustun 21-i, eləcə də 24, 25, 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!