USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş nazir Artur Rasizadə Koreyanın daxili işlər nazirini qəbul edib

Bu gün baş nazir Artur Rasizadə Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlığına dair Forumda iştirak etmək üçün Azərbaycana səfərə gələn Koreyanın daxili işlər naziri Honq Yun-Sık ilə görüşüb.

Nazirlər Kabinetindən ASAN Radioya bildiriblər ki, iki ölkə arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan hökumət başçısı son vaxtlar iqtisadiyyatın bir çox sahələrində ikitərəfli əməkdaşlığın genişləndiyini xatırladıb. A.Rasizadə bildirib ki, nüfuzlu dövlət rəsmilərinin bu cür qarşılıqlı səfərləri əlaqələrin daha intensiv inkişafı üçün yaxşı zəmin yaradır. Azərbaycandakı iqtisadi-sosial durum barədə ətraflı məlumat verən baş nazir Koreya ilə də səmərəli əməkdaşlığın dərinləşməsi üçün müvafiq layihələrin icrasına lazımi şərait yaradılacağını diqqətə çatdırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Koreyanın daxili işlər naziri Honq Yun-Sık Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlığına dair Forumun mühüm əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında imzalanacaq Memorandumun dövlətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edən nazir deyib ki, dövlət idarəçiliyində şəffaflığın artırılması, "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən "e-hökumət" layihəsi, o cümlədən müasir innovasiyaların tətbiqi baxımından milyonlarla vətəndaşa xidmət edən “ASAN xidmət”in yaradılması Azərbaycanın uğurlarındandır və bu təcrübədən bəhrələnmək faydalı olardı.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun da iştirak etdiyi görüşdə Azərbaycan-Koreya əməkdaşlığına dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!