Ağdamın "Qarabağ" futbol komandası UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
ASAN Radio xəbər verir ki, Azərbaycan çempionu İsveçdəki "Qamla Ullevi" stadionunda "Höteborq" komandası ilə qarşılaşıb.
Oyunun birinci hissəsində komandamız fərqlənə bilməyib.
İkinci hissədə "Höteborq" istəyinə nail olub. 56-cı dəqiqədə Mads Albek hesabı açıb. "Qarabağ" rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaratsa da, topu qapıdan keçirə bilməyib.
Beləliklə, görüş 1:0 hesabı ilə "Höteborq"un xeyrinə başa çatıb.
Komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!