XXXI Yay Olimpiya Oyunlarında boks yarışları davam edib.
ASAN Radio xəbər verir ki, komandamızın boks üzrə üzvü Kamran Şahsuvarlı yarımfinalda mübarizə aparıb.
İki döyüşdə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı boksçumuz 1/4 finalda qazaxıstanlı Janıbek Alimxanuliyə 2:1 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.
75 kq çəkidə kubalı Arlen Lopezlə döyüş gərgin mübarizədə Kamran məğlubiyyətə uğrayıb. Hər üç raundda rəqibindən geri qalan gənc boksçumuz 0:3 hesabı ilə məğlub olub.
Bununla da o, boks yığmamızın ilk medalını rəsmiləşdirərək fəxri kürsüdə yer alıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!