USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Roman Qriqorçuk: Təcili sürətdə növbəti oyunu düşünməliyik

Hesabda geridə olanda təcili sürətdə qollar vurmağın, qələbənin lazımlığını hiss edirdim. İndi isə çox fərqli bir şey yoxdur və heç bir eyforiyaya qapılmamışam. Təcili sürətdə növbəti oyunu düşünməliyik.

ASAN Radio xəbər verir ki, bu sözləri "Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Maribor”u ilə keçirilən oyundan sonra deyib.

Qriqorçuk 3:1 hesablı qələbəni belə şərh edib: “Yalnız oyun anını düşünürəm ki, vəziyyətdən necə çıxa bilərik. Meydançada başqa şey fikirləşmirəm. Bütün futbolçularım kimi Santosu da çox istəyirəm. Sadəcə bir neçə epizodlarda yaxşı oynamadı. İlk hissədə bir neçə epizodda rəqib uzun müddət topa nəzarət etdi. Biz bunu dəyişdik, fasilədən sonra öhdəsindən gəldik. Bu bütün komandaya aid olan işdir, fərdlərdən söhbət gedə bilməz. Oyunun gedişatında elə vəziyyət yarandı ki, mənə elə gəldi rəqibi bu anda çox sıxmalıyıq. Mən də futbolçularıma bunu dedim və qol vurduq. Üçüncü qolun cərimə epizodu olub-olmamasından danışa bilmərəm”.

Baş məşqçi kapitan Rəşad Sadiqovun yoxluğundan da söz açıb: “Oyunçular haqqında ayrılıqda fikir bildirə bilmərəm. Vernidub Rəşadın mövqeyind çox yaxşı oynadı. Məndə ona qarşı hər hansı şübhə yox idi və əmin idim ki, oynaya biləcək. Özü də oyundan razı qaldı. Cavab oyununa hələ var. Heyətdə çox şey dəyişə bilər”.

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Sloveniyada keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!