USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Güləş Federasiyasının vitse-prezidenti: “Rəsul Çunayevə dəstək olmalıyıq”

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov son günlər güləşçimiz Rəsul Çunayevlə bağlı sosial şəbəkələrdə yazılan mənfi fikirlərə reaksiya verib.

ASAN Radionun məlumatına görə, o, bildirib ki, bu həssas məqamda hər birimiz Rəsula dəstək olmalıyıq: “Son günlər sosial şəbəkələrdə, ictimaiyyətin qınağına çevrilərək, haqsız tənqidlərə tuş gələn, daim pozitiv, gülərüz və bir neçə saniyə ərzində erməni rəqibinin çiynini yerə vuran və saysız rəqiblərinə qalib gəldikdən sonra, bayrağımızı çiyninə ataraq, meydanda dövrə vurararaq, bizləri əsgər salamıyla salamlayan, öz rəqsi ilə milyonlarla tamaşaçı və azərkeşlərin rəğbətini qazanan, daim bayrağımızı zirvələrə qaldıran, gənc pəhləvanımız Rəsul balamıza dəstək olmalıyıq”.

Cavanşir Qurbanov deyib ki, Rəsul bundan əvvəl dəfələrlə erməni idmançıları məğlub edib: “Rəsul Çunayevin Rio-2016 Yay Olimpiya oyunlarında yarımfinal görüşündə, erməni güləşçisinə məğlub olması idman ictimayətinin bir nümayəndəsi kimi, bir azərbaycanlı kimi məni də çox məyus etdi. Lakin Rəsul Çunayev bir sıra mötəbər yarışlarda, o cümlədən tələbələrin Universiadasında, Avropa oyunlarında, 2015- ci il Dünya Çempionatında qalib olaraq, birincilik əldə etmişdir. Bu yarışlarda onun rəqiblərindən erməni güləşçisi də olub və o rəqibini asanlıqla məğlub edib”. 

İdman ustası onu da vurğulayıb ki, Rəsul gələcəkdə də beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandıracaq:

"İdman aləmində rəqibin milliyətindən asılı olmayaraq məğlubiyyət də var, qalibiyyət də. Rəsul Çunayev vətənpərvər, öz ölkəsini sevən, bayrağını daim uca tutmağı qarşısına məqsəd qoyan idmançılardan biridir. O dünyanın ən mötəbər yarışından yenə öz ölkəsinə bürünc medalla qayıdır. Biz inanırıq ki, Rəsul Çunayev gələcəkdə daha da yüksək əyyarlı medallar əldə edəcək. Bunun onun fiziki qüvvəsi və iradəsi imkan verir. Gəlin ölkəmizi təmsil edən bütün idmançılara dəstək olaq, onları növbəti yarışlara, qələbələrə ruhlandıraq".

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!