USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Rio-2016”: Azərbaycan boksçusu Lorenzo Sotomayor finala yüksəlib

Avqustun 19-da “Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarında həlledici döyüşlər davam edib.

ASAN Radio xəbər verir ki, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşü üçün rinqə çıxıb. Altmış dörd kiloqram çəkidə mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. “Bakı-2015” birinci Avropa Oyunlarının qalibi rəqibini hər üç raundda məğlub edib. Bununla da, təcrübəli boksçumuz Azərbaycan boks tarixində yeni səhifə açıb. Çünki hələ Olimpiya Oyunlarında indiyədək idmanın boks növündə Azərbaycanın heç bir idmançısı finala çıxmayıb. Avqustun 21-də finala çıxacaq idmançımızın rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.

Boks yığmamızın hesabında isə hələlik bir bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!