USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Banklar kreditlərin ödənişi qrafikinə dəyişikliklər edəcək

Azərbaycan bankları faiz dərəcələri və kreditlərin ödənilməsi müddəti ilə bağlı müqavilələrə yenidən baxılması çərçivəsində valyuta kreditlərinin restrukturizasiyasını həyata keçirəcək. Bunu  Azərbaycan Banklar Assosiasiyasının (ABS) rəhbəri Zakir Nuriyev deyib.Onun sözlərinə görə, kredit borcunun ödənilməsi müddətinin uzadılması ilə əlaqədar müştərinin imkanına uyğun yeni ödəniş qrafikinin formalaşdırılması tələb olunur: “Bununla belə, hər bir müştəriyə qarşı fərdi yanaşma lazımdır, çünki müştərilərin imkanları fərqlidir”.Z.Nuriyev qeyd edib ki, banklara öz vəsaitləri hesabına köhnə və yeni məzənnə arasında fərqi qarşılamaq çətin olacaq, buna görə də hər bir bank müştərilərə köhnə məzənnə ilə kredit borclarını qaytarmaq imkanı yarada bilməz.ABS rəhbəri diqqətə çatdırıb ki, hazırda Assosiasiya restrukturizasiya məsələləri üzrə banklarla müntəzəm danışıqlar aparır: “Bildirmək istəyirəm ki, heç bir bank müştəriləri ilə kreditlər üzrə məzənnə siyasətinin hər hansı dəyişikliyini müzakirə etmir. Qeyd etmək lazımdır ki, banklar bunu edə də bilməz. Azərbaycan Mərkəzi Bankı yeni məzənnə müəyyənləşdirdikdən etibarən məzənnə avtomatik olaraq balansa daxil edilir və balans avtomatik olaraq yeni məzənnə üzrə hesablanır. Banklar hər hansı digər məzənnəni öz istəyi ilə daxil edə bilməz, bu, sadəcə mümkün deyil".Onun sözlərinə görə, bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqin Mərkəzi Bankın vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər artıq Azərbaycan hökumətinə göndərilib: “Bu, ötən il manatın məzənnəsinin dəyişməsindən sonra Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat vəsait hesabına mümkündür. Lakin tənzimləyicidən hələ heç bir cavab daxil olmayıb”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!