USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN Məktub" Qarabağda - FOTO

“ASAN Könüllüləri”nin “ASAN məktub” layihəsi fəaliyyətə başladığı gündən etibarən cəmiyyət  tərəfindən böyük maraqla qarşılanıb. “ASAN məktub” layihəsi bu dəfə Füzulidən olan uşaqları sevindirib. 

Aprel hadisələri zamanı “ASAN Məktub” komandası Füzulinin balaca sakinləri ilə görüş keçirib,  balacalar öz istək və arzularını “ASAN məktub”a ünvanlayıb. Ünvanlanmış məktublar xeyirxah vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb.

Layihədə “ASAN qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyə balaca sahiblərinə çatdırılıb. Öhdəçi vətəndaşlara hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.

Füzulidən və digər bölgələrdən balacaların ünvanladığı bir  çox məktub, hələ də asanmektub.az saytında öz öhdəçisini gözləyir.

Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi sosial qayğıya ehtiyacı olan 14 yaşadək uşaqların arzu və istəklərini heç bir maddi qazanc güdmədən həyata keçirməkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!