USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Olimpiadanın statistikası və Azərbaycanın yeni rekordları

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb. ASAN Radio xəbər verir ki, 17 gün davam edən mübarizənin yekununda 28 növdə 307 qızıl, 307 gümüş və 361 bürünc mükafatçısı müəyyənləşib.

207 ölkədən 87-si medal qazanıb, onlardan isə 59-u çempionluq sevinci yaşayıb. Rioda himni səslənən ölkələr sırasında Azərbaycan da var. 56 idmançı ilə Rioya yollanan Olimpiya yığmamız 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb.

Millimizin heyətində taekvondoçu Radik İsayev (80 kq) birinci, cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xetaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) ikinci, taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq), Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomska (200 m) isə üçüncü yeri tutublar.

Bu, Azərbaycan üçün yeni rekord oldu. London-2012 ilə müqayisədə komandamız medal əyarını yaxşılaşdıra bilməsə də, mükafat sayında və medal qazanılan idman növlərinin sayında rekordu yeniləyib. 4 il əvvəl Londonda 10 mükafatı (2-2-6) 3 idman növündə əldə etmişdiksə, bu dəfə 18 medalı 5 idman növündə qazanmışıq. Beləliklə, hər 2 göstəricidə təxminən ikiqat irəliləyiş əldə olunub. Boks, taekvondo, kanoe və kayakda ilk dəfə fəxri kürsüdə yer almışıq.

Millimiz bu nəticə ilə mükafat qazanan ölkələr arasında 39-cu pillədə qərarlaşıb. Postsovet ölkələri sırasında Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və Gürcüstandan geri qalmışıq. Medal sayına görə siyahıda isə 15-ci yerdəyik və yalnız Rusiya Azərbaycanı qabaqlayır.

Siyahıya ABŞ başçılıq edir. Onlar 46 qızıl, 37 gümüş və 38 bürünc medal qazanmaqla, həm qızıl, həm də ümumi medal sayında hamını qabaqlayıb. Böyük Britaniya 67, Çin isə 70 medal qazanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!