USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Çempionlar Liqasında "pley-off" mərhələsinin cavab oyunları başlayır

Bu gün Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşlərinə start veriləcək.

ASAN Radionun məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.

İtaliyanın "Roma" klubu Portuqaliya "Portu"sunu qəbul edəcək. İlk görüş 1:1 hesabı ilə başa çatdığından, meydan sahiblərini qolsuz heç-heçə də qane edir. Portuqaliya təmsilçisi isə qrup mərhələsinə yüksəlmək üçün ya qalib gəlməli, ya da matçı ən azı 2:2 hesablı bərabərliklə başa vurmalıdır.

Türkiyənin "Fənərbağça" klubunu məğlub edərək adını "pley-off"a yazdıran "Monako" İspaniya "Vilyarreal"ını sınağa çəkəcək. Tərəflər arasında İspaniyada keçirilmiş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xosep Qvardiolanın baş məşqçisi olduğu İngiltərənin "Mançester Siti" klubu isə demək olar ki, qrup mərhələsini təmin edib. İlk görüşdə "Styaua"nı 5:0 hesabı ilə darmadağın edən "şəhərlilər"in cavab matçında qrup mərhələsini əldən verəcəyi inandırıcı görünmür.

Çempionlar Liqası, cavab oyunları

22:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:1

22:45. APOEL (İsrail) - "Seltik" (Şotlandiya)

İlk oyun - 2:5

22:45. "Legiya" (Polşa) - "Dandolk" (İrlandiya)

İlk oyun - 2:0

22:45. "Monako" (Fransa) - "Vilyarreal" (İspaniya)

İlk oyun - 1:1

22:45. "Viktoriya" (Çexiya) - "Ludoqorets" (Bolqarıstan)

İlk oyun - 0:2

Qeyd edək ki, "pley-off" mərhələsinə avqustun 24-də keçiriləcək daha 5 oyunla yekun vurulacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!