USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Hikmət Hacıyev: 40-a yaxın ölkədə seçki məntəqələrinin təşkil olunması nəzərdə tutulur

Ölkədən kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşların referendumda iştirakını təmin etmək üçün müvafiq diplomatik nümayəndəliklərdə seçki məntəqələri təşkil ediləcək. Diplomatik nümayəndəliklərimizin yerləşdiyi 40-a yaxın ölkədə seçki məntəqələrinin təşkil olunması nəzərdə tutulur.

ASAN Radio xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Xarici İşlər Nazirliyi tərəfindən seçki məntəqələri yaradılacaq diplomatik nümayəndəlik və konsulluqlarımızın siyahısı və seçki məntəqələri üzrə vətəndaşların sayı barədə məlumat Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

MSK ilə əlaqələndirilmiş şəkildə diplomatik nümayəndəlik və konsulluqlarda yaradılacaq seçki məntəqələrinin təhkim olunduqları seçki dairələrinin müəyyən edilməsi üzrə yekun işlər aparılır. Eyni zamanda, diplomatik nümayəndəliklərin şəffaf qutular, seçki qutularının bağlanması üçün birdəfəlik kilidlər, seçki bülletenləri, barmaqların işarələnməsi üçün mürəkkəb, ultrabənövşəyi lampa, möhür, təlimat, qayda və izahlara dair çap materialları və digər ləvazimatlarla təmin edilməsi üzrə MSK ilə birlikdə XİN tərəfindən zəruri tədbirlər görülür”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!